» » Millət vəkilindən müğənnilərə ittiham:

Millət vəkilindən müğənnilərə ittiham: “Vergidən yayınırlar”

Bölmə: Şou, BLOK XƏBƏR
Millət vəkilindən müğənnilərə ittiham:Millət vəkili Rafael Cəbrayılov müğənniləri vergi ödəməməkdə günahlandırıb.
Xalqinfo.az axşam.az-a istinadən bildirir ki, “Xəzər xəbər”ə müsahibə verən Milli Məclisin üzvü şou əhlinin ya heç vergi vermədiyini, ya da gəliri ilə ödədiyinin uyğun gəlmədiyini bildirib:
“Guya kimsə bilmir ki, hansı müğənni toya neçəyə gedir? Özləri telekanallarda bunu çəkinmədən deyirlər. Soruşun ki, bundan nə qədər vergi ödəyirsiniz? Bir lisenziya alırlar, müəyyən məbləğ verirlər. Bununla da məsələni bitmiş hesab edirlər, vergidən yayınırlar. Vergi deyəndə insanların işlədiyi bir yerdə qol çəkib aldığı əməkhaqqını anlayırlar. Vergi fiziki və hüquqi şəxsin əldə etdiyi gəlirdən dövlətə ödədiyi mənfəətdir. Bir ölümdən, bir də vergidən yayınmaq olmaz. Mən hər zaman qanunların sərtləşməsinə, vergi tariflərinin artırılmasına qarşı olmuşam. Amma bəzi hallara əməl edilməlidir”.
Millət vəkilinin sərt açıqlamalarına sənət adamları da biganə qalmayıb.
Əməkdar artist Baloğlan Əşrəfov məsələyə münasibət bildirib:
“Dövlət tədbirləri olanda rayonları qarış-qarış gəzirik, öz maşınımızla gedirik, çörəyi özümüz alırıq, çox şeyləri özümüz edirik. Müğənni qazandığını əyin-başına, bəzi xərclərinə verir. Amma cüzi miqdarda vergi də ödənilməlidir. Narazılıq etmirəm”.
Aşıq Əli isə vergi ödədiyini söyləyib:
“Müğənnilərin 50 faizi vergi ödəyir, yarısı isə yox. VÖEN yanımda deyil, amma ödəyirəm”.
Sorğu zamanı bir çox müğənni sualı cavablandırmaqdan boyun qaçırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler