» » Ayselin xərçəngdən ölən əri kim olub? - Direktor imiş...

Ayselin xərçəngdən ölən əri kim olub? - Direktor imiş...

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Ayselin xərçəngdən ölən əri kim olub? - Direktor imiş...Bu il Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Aysel Məmmədovanın (Aisel) wiwibloggs.com-a müsahibəsi müzakirələrə səbəb olub. 28 yaşlı ifaçı bildirib ki, həyat yoldaşı muisiqiçi olub və xərçəngdən dünyasını dəyişib.

Xalqinfo.az xəbər verir ki, Aiselin sözügedən açıqlamasından sonra həyat yoldaşının kimliyi hər kəsi marağına səbəb olub. Məlum olub ki, həmin şəxs 2011-ci ilin aprel ayında Almaniyada qarın boşluğu xərçəngindən dünyasını dəyişən musiqiçi Emil İbrahim Məmmədovdur.

Ayselin xərçəngdən ölən əri kim olub? - Direktor imiş...

Bildirək ki, bəstəkar İbrahim Məmmədovun oğlu, klassik pianoçu Elçin Məmmədovun qardaşı olan E. İbrahim bir müddət Bakı Caz Mərkəzinin art-direktoru olub. O, xərçəngdən müalicə üçün müxtəlif ölkələrə gedib və Berlində 37 yaşında həyatını itirib.

Emilin cazı, klassik musiqini, Latın Amerikası ritmlərini, Azərbaycan muğamını və digər janrları sintez etməsi onun improvizəçi və bəstəkar kimi istedadını üzə çıxarıb.

Ayselin xərçəngdən ölən əri kim olub? - Direktor imiş...

2005-ci ildə onun “Tetralogia” solo albomu işıq üzü görüb. Bakı Caz Mərkəzinin direktoru olduğu dövrdə Emil İbrahim ölkəmizdə cazın təbliği üçün böyük səy göstərib.

Onun sonuncu solo konserti 2010-ci ilin payızında Muğam Mərkəzində Bakı beynəlxalq caz festivalı çərçivəsində keçirilib. O, həmçinin Sevda Ələkbərzadənin "Şəbi Hicran" albomu üçün prodüserlik edib.

Ayselin xərçəngdən ölən əri kim olub? - Direktor imiş...Ayselin xərçəngdən ölən əri kim olub? - Direktor imiş...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler