» » Zaurun reklam etdiyi dələduz həkimlə bağlı ATV-dən açıqlama

Zaurun reklam etdiyi dələduz həkimlə bağlı ATV-dən açıqlama

Bölmə: Şou
Zaurun reklam etdiyi dələduz həkimlə bağlı ATV-dən açıqlamaXəbər verdiyimiz kimi, ötən gün Baş Prokurorluq dərrman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər.

Qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib. Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu "BizimləSən” verilişidir.

Unikal.org məsələ ilə bağlı Azad Azərbaycan televiziyasının vitse-prezidenti Vaqif Aydınoğlu ilə əlaqə saxlayıb.

Vitse-prezident bildirib ki, həmin həkimlə bağlı aparıcı Zaur Baxşəliyevin açıqlaması olacaq:

"Zaur Baxşəliyevin verilişindəki həkimlə bağlı məsələdən xəbədarıq. Bu gün aparıcı Zaur Baxşəliyev ginekoloq Natiq Məhərrəmovla bağlı açıqlama verəcək. Saat 16:30 "Bizimləsən” verilişi yayımalanan kimi verilişin ilk dəqiqələrində Zaur həmin həkimin verilişinə çıxması ilə bağlı bütün məsələlərə aydınlıq gətirəcək. Onda aparıcının da, televizyanın da bu məsələ ilə bağlı mövqeyi hər kəsə aydın olacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler