» » “Duetlərimiz Aygünü depressiyadan çıxartdı” -

“Duetlərimiz Aygünü depressiyadan çıxartdı” - Namiq

Bölmə: Şou
“Duetlərimiz Aygünü depressiyadan çıxartdı” - Xalq artisti Aygün Kazımova mərhum reper Hüseyn Dərya ilə duet oxumaq istəyib.

Xalqnfo.az xəbər verir ki, bu barədə meyxana ifaçısı Namiq Qaraçuxurlu deyib.

O, “10-dan sonra” proqramında Aygünün depressiyada olduğunu, duetlərinin onu bu durumdan çıxardığını deyib:

“Mən Aygün Kazımova ilə duet oxumağa başlayanda stadionları doldururdum. O, depressiyada idi. Birgə duetlər ifa etdik, Aygün xanım da depressiyadan çıxdı. Deyə bilmərəm o məni qaldırdı, ya mən onu ... Aygün Kazımova Hüseyn Dərya ilə duet oxuyacaqdı. Bir neçə dəfə görüş təyin ediblər, amma rəhmətlik gəlməyib. Janr baxımdan yaxın idilər. O vaxtın iki parlaq nümayəndəsi var idi- mən və Hüseyn Dərya! Daha sonra bizim duetimiz alındı”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler