» » "Məşuqəsini mənə dostu kimi təqdim etdi" -

"Məşuqəsini mənə dostu kimi təqdim etdi" - İzzət jurnalistin sözünə dəstək verdi

Bölmə: Şou
"Məşuqəsini mənə dostu kimi təqdim etdi" - Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Space TV-də efirə gedən "Yerimdəyəm” verilişinin qonağı olub. Kişi-qadın dostluğunun müzakirə olunduğu verilişdə jurnalist verdiyi səsli-küylü açıqlamalarla diqqəti öz üzərinə çəkib.

Xalqinfo.az xəbər verir ki, Seymur Verdizadə kişilərin qadınlarla dostluq etməsinin vacib olduğunu bildirib. Tanınmış jurnalist deyib ki, kişi qadınla dost olmayanda düşmənə çevrilir və bunun acısını cəmiyyət yaşayır: "Kişilərlə qadınların dostluğunun baş tutması üçün vacib bir amil var: gərək kişilər qadınlara seksual obyekt kimi baxmasınlar. Bunun üçün kişilər hisslərini şüurlarına tabe etməlidirlər. Müşahidələrim onu deməyə əsas verir ki, bunu bacaran kişilərin sayı çox azdır. Buna görə də kişilərlə dostluq edən qadınlar çox vaxt onların məşuqəsinə çevrilirlər. Nəticədə başqa bir qadın, yəni, həmin kişinin həyat yoldaşı gözüyaşlı qalır”.

Tanınmış jurnalist ailədaxili ziddiyyətlətin yaranmasında kişilərin rolunun daha böyük olduğunu bildirib: "Bir dostum var, ötən gün restoranda qarşılaşdıq. Yanında bir xanım vardı. Onu mənə öz dostu kimi təqdim etdi. Həmin dostum ailəli olduğu 22 il ərzində hansısa istirahət mərkəzində həyat yoldaşına bir stəkan çay almayıb, amma məşuqəsinə restoranda hər gün qonaqlıq verir. Bu cür hallar ailə institutunun zəifləməsinə gətirib çıxarır”.

Verilişin digər qonağı, tanınmış müğənni İzzət Bağırov Seymur Verdizadə ilə həmrəy olduğunu bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler