» » Azərbaycan ən aşağı balı -

Azərbaycan ən aşağı balı - Rusiyaya verdi

Bölmə: Şou
Azərbaycan ən aşağı balı -
Avropa ölkələrinin rəsmi OGAE (Organisation générale des Amateurs de l'Eurovision) klubları Lissabonda təşkil ediləcək “Eurovision” mahnı yarışmasının iştirakçıları üçün səslərini verməyə davam edir.

Xalqinfo.az-ın məlumatına görə, artıq OAGE-nin Azərbaycan üzrə klubu səsvermə nəticələrini açıqlayıb.

Azərbaycanın səsvermə nəticələri:

Bolqarıstan- 12 bal



Belçika-10 bal



Fransa-8 bal



Estoniya- 7 bal



İtaliya – 6 bal



İzrail- 5 bal



Kipr- 4 bal



Finlandiya- 3 bal



Avstrya- 2 bal



Rusiya- 1 bal



Bu məqamda bildirək ki, təşkilat hər il qonşu Rusiyaya yüksək bal versə də, bu il cəmi 1 xal verməklə kifayətlənib.

Qeyd edək ki, OGAE “Eurovision” müsabiqəsinin fan klub təşkilatıdır. Sözügedən klub 40-dan çox ölkədə fəaliyyət göstərir.

2007-ci ildən yaranan təşkilatda səsvermələr rəsmi müsabiqədə olduğu kimi aparılır, hər ölkə bəyəndiyi 10 mahnını 1-8, 10 və 12 xalla mükafatlandırır. Qaydalara əsasən, hər ölkə öz mahnısına səs verə bilməz.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler