» » Hüsniyə Kirkorovla işləyəcək

Hüsniyə Kirkorovla işləyəcək

Bölmə: Şou
Hüsniyə Kirkorovla işləyəcəkAzərbaycanın tanınmış aparıcısı Hüsniyə Məhərrəmova Rusiyanın pop kralı Filip Kirkorovun sahib olduğu “Dream Team” şirkəti ilə əməkdaşlığa başlayıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Avroviziyanın Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan” məlumat yayıb.

Bildirilir ki, 2013-2014-cü illərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri olan Hüsniyə Məhərrəmova bu il yaradıcı qrupun üzvü olaraq Azərbaycan delegasiyasında yer alacaq və “Dream Team”in yeni üzvü olub.

Qeyd edək ki, prodakşın bu il Avroviziyada Azərbaycanı təmsil edən Aysel Məmmədova (Aisel) ilə çalışır.

Azərbaycan bu il dəyişiklik edərək müsabiqə ilə bağlı işləri sözügedən şirkətə həvalə edib.

Hüsniyə Kirkorovla işləyəcək
Hüsniyə Kirkorovla işləyəcək

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler