“Nazənin 7 dəfə ərdə olub“ məhkəməsi başladıBölmə: Şou
“Nazənin xanımın Təranə Qumrala qarşı iddia ərizəsi üzrə mülki işin hazırlıq iclası olacaq”. Xalqinfo.az bildirir ki, bunu aznews.az-a açıqlamasında müğənni Nazəninin vəkili Adəm Məmmədov deyib. O bildirib ki, işə Nərimanov rayon Məhkəməsində baxılacaq: “Məhkəmə hazırlıq iclası dekabrın 1-də saat 10.35-ə təyin olunub. Mülki iş Nərimanov rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın icraatındadır”. Qeyd edək ki, iddia ərizəsində cavabdeh İbrahimova Təranə Xeyrulla qızı tərəfindən Nazənin xanımın şəxsiyyəti və fəaliyyəti barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatların yalan məlumatlar kimi tanınması tələb edilib. İddiada həmin məlumatların ANS telekanalı vasitəsi ilə təkzib olunması, cavabdeh İbrahimova Təranə Xeyrulla qızının üzr istəməsi və ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi də əksini tapıb. Xatırladaq ki, ANS telekanalının “Bazar səhəri” verilişində müğənnilər Təranə Qumralla Nazənin arasında qalmaqal yaranıb. Təranə Qumralın "Nazənin 7 dəfə ərdə olub" açıqlamasının ardınca, Nazəninin "Təranəni ərimlə tutmuşam" kimi şok ittihamlar səsləndirib. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|