» » Bakıda türk aktyoruna görə izdiham yaşandı -

Bakıda türk aktyoruna görə izdiham yaşandı - FOTO

Bölmə: Şou, BLOK XƏBƏR
Bakıda türk aktyoruna görə izdiham yaşandı - Nizami Kino Mərkəzində türk filmi “Unutsam pıçılda”nın qala–gecəsi baş tutub.

Xalqinfo.az axsam.az-a istnadən bildirir ki, mərasimdə filmin rejissoru Çağan İrmak, aktyorlar Fərəh Zeynəb Abdullah, Kərəm Bursin, İşıl Yücesoy, Gözde Cığacı da iştirak edib.
Film təqdim edilməmişdən əvvəl yaradıcı heyət səhnəyə çıxaraq, Bakının və insanlarının mehriban olduğunu söyləyib. Aktyorlar burada gözəl qarşılandıqlarına, onlara göstərilən diqqətə və qonaqpərvərliyə görə hər kəsə təşəkkür ediblər.

Gecədə izdiham da yaşanıb. Belə ki, Kərəm Bursin sevənlərinin hədsiz diqqətindən narahat olub. Əvvəlcədən filmi tamaşaçılarla birlikdə izləyəcəyinə söz verən aktyor, izdihamı görüb, ilk çıxışdan sonra zalı tərk edib.
Türkiyənin məhşur “Taff Pictures” studiyasında, dram janrında xüsusi imzası olan mahir rejissor Çağan İrmakın lentə aldığı bu film, qurduqları xəyalların dalınca qəsəbədən İstanbula qaçan Aypəri və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir.
Aypərinin cavanlıq illərini bacarıqlı aktrisa Fərəh Zeynəb Abdullah, Tarık rolunu Mehmet Günsür, Ərhanı isə Kərəm Bursin oynayıb.
Filmi izlədikdən sonra qonaqlar mətbuat konfransı keçiriblər.
Rejissor Çağan İrmak filmləri ilə qazandığı uğurların sirrindən bəhs edib. O, yazdığı ssenarilərin hər zaman beynində olduğunu vurğulayıb:

"Ssenarini ilk beynimdə düşünürəm. Onun hazır olduğuna qərar verdikdə isə film çəkilişinə başlayıram".

Kərəm Bursin Çağan İrmakla çalışmağın onun uşaqlıq arzusu olduğunu deyib.

Qeyd edək ki, gecədə aktyor Mehmet Günsürün də iştirakı nəzərdə tutulsa da, o, gələ bilməyib

Bakıda türk aktyoruna görə izdiham yaşandı - Bakıda türk aktyoruna görə izdiham yaşandı - Bakıda türk aktyoruna görə izdiham yaşandı - Bakıda türk aktyoruna görə izdiham yaşandı - Bakıda türk aktyoruna görə izdiham yaşandı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler