» » “Eurovision” mahnımız tənqid olunmuşdu... - Dəyişdirilir + Yenilənib

“Eurovision” mahnımız tənqid olunmuşdu... - Dəyişdirilir + Yenilənib

Bölmə: Şou, MANŞET
“Eurovision” mahnımız tənqid olunmuşdu... - Dəyişdirilir + Yenilənib
Müğənni Aysel Məmmədovanın “Eurovision” üçün ifa etdiyi “X my heart” adlı mahnısında dəyişiklik edilir.

Xalqinfo.az xəbər verir ki, bu barədə sənətçinin özü müsabiqənin Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan”a açıqlamasında bildirib.

Bildirilir ki, tənqidlərə məruz qalan bəstənin girişi elektronik olacaq: “Yunanıstanda baş tutan məşqlərdən sonra Azərbaycanın “Eurovision” komandası ingilis prodüser Tim Branın təklifi ilə mahnıda dəyişiklik edəcək. Bundan sonra mahnımızın giriş hissəsi daha elektronik səslənəcək”.

Qeyd edək ki, Aiselin “X my heart” mahnısı sosial şəbəkələrdə tənqidlərə məruz qalmış, mahnı və klip bəyənilməmişdi.

Mahnının musiqisi bəstəkar-prodüser Dimitris Kontopulosa, sözlər Sandra Byurmana məxsusdur.

Xatırladaq ki, bukmeykeylər Azərbaycanı 10-luğa düşməyəcəyini proqnoz edib.

***

Aiselin ifa etdiyi "X my heart" artıq yeni versiyada yarışmanın rəsmi "Youtube" səhifəsində yayımlanıb. Bəstənin giriş hissəsi daha elektronik səsləndirilib.

[flash=https://youtu.be/kWomOdDGwMM]https://youtu.be/kWomOdDGwMM[/flash]


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler