» » Əməkdar artist:

Əməkdar artist: "Keçmiş həyat yoldaşım artıq aləlidir"

Bölmə: Şou
Əməkdar artist:Əməkdar artist Hüsniyyə Mürvətova keçmiş həyat yoldaşından danışıb
Xalqinfo.az xəbər verir ki, aktrisa publika.az-a açıqlamasında bildirib ki, onun övladının atası ilə barışaraq yenidən bir araya gəlməsi mümkün deyil: “Çünki o insan artıq ailə qurub”.

Qeyd edək ki, aktrisanın bir neçə gün öncə “Onlar” verilişinə keçmiş həyat yoldaşı ilə bağlı açıqlaması böyük marağa səbəb olmuşdu:

“2006-cı ildən ayrılmışıq. Əslində sevib ailə qurmuşduq. Düşünmürdüm ki, nə vaxtsa boşanarıq. Sadəcə, həyatdır, qismətdir. Onun xoşbəxtliyi üçün ayrıldım. O, boşanmağımızı istəmirdi. Evin tək oğlu idi, ata-anası ilə yaşamaq istəyirdi. Bizim xasiyyətimiz tutmurdu. İndi bədbəxt deyiləm. Hər bir qadın arzulayır ki, arxasında dayağı olsun.

Nə vaxtsa qarşıma biri çıxacaq. Orxana həm analıq, həm də atalıq edirəm. Futbolçu olmaq istəyir, məşq edir. Onu atasından, babasından ayırmamışam. Lazım olanda gəlirlər, axtarırlar. Babası çox yaxşı insandır”.

H.Mürvətova əməkdaşımızın “evli olmasaydı, mümkün idimi?” sualına isə belə cavab verib:
“Bu haqda danışmaq istəmirəm. Özü də mən efirdə deməmişəm ki, ərə getmək istəyirəm. Dedim ki, bəlkə də, nə vaxtsa qarşıma insan çıxacaq və ailə quracağam. Bu, düzgün deyil axı”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler