» » Fatimə 20 ilin hesabatını verəcək –

Fatimə 20 ilin hesabatını verəcək – Foto

Bölmə: Şou
Fatimə 20 ilin hesabatını verəcək – Tanınmış azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva səhnə fəaliyyətinin 20 ilinin tamam olması münasibətilə konsert proqramı ilə çıxış edəcək.

Bu barədə Oxu.Az-a rəqqasənin özü danışıb.

O bildirib ki, bu konsert sənətində ilk olacaq:

“Bu il 20 ilimi çox gözəl formada qeyd edəcəm. Çox gözəl konsert proqramı hazırlayırıq. Yeni xəbər də odur ki, konsertimizin açılışı üçün tanınmış bəstəkar Nailə Mirməmmədli yeni mahnı bəstələyib. Artıq mahnı aranjimana verilib.

Musiqi tam hazır olandan sonra isə onun xoreoqrafiya hissəsini öz boynuma götürmüşəm. Rəqsin quruluşunu özüm verəcəm. Bu günə qədər rəqslərimin quruluşunu müəllimim Fərhad Vəliyev edirdi. O artıq Azərbaycanda yaşamır, ABŞ-a köçüb. İlk dəfə olaraq konsertimin bütün məsuliyyəti öz üzərimdə olacaq.

Gecədə tələbələrimin də çıxışı gözlənilir. Onu da qeyd edim ki, konsertimdə sürprizlər də olacaq. Gözləyin”.

F.Fətəliyeva onu da əlavə edib ki, yeni təqdim edəcəyi layihə üçün fotosessiya etdirib:

“Lentə alınan bu şəkillərim layihəmin bir hissəsidir. Fotosessiyada bir neçə obrazı canlandırmışam. Bu, sadəcə, iki obrazdan olan görüntülərdir. Digərləri konsert ərəfəsində yayımlanacaq”.

Fatimə 20 ilin hesabatını verəcək –
Fatimə 20 ilin hesabatını verəcək –
Fatimə 20 ilin hesabatını verəcək –
Fatimə 20 ilin hesabatını verəcək –
Fatimə 20 ilin hesabatını verəcək –
Fatimə 20 ilin hesabatını verəcək –
Fatimə 20 ilin hesabatını verəcək –
Fatimə 20 ilin hesabatını verəcək –
Fatimə 20 ilin hesabatını verəcək –

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler