» » Rəqqasə Fatimə özünü orada da göstərəcək -

Rəqqasə Fatimə özünü orada da göstərəcək - FOTO

Bölmə: Şou
Rəqqasə Fatimə özünü orada da göstərəcək - Hindistanda keçirilən “Udbhav international Dance Carnival” rəqs müsabiqəsində Azərbaycana qalibiyyət qazandıran rəqqasə Fatimə Fətəliyeva növbəti sınaq qarşısındadır.

Xalqinfo.az bildirir ki, milli.az-a açıqlama verən rəqqasə bildirib ki, o, Türkiyədə keçirilən festivala qatılacaq:

“Bir çoxları bilirlər ki, bir neçə gün öncə Hindistandan qalibiyyətlə qayıtdım. Bu həm də Azərbaycanın uğurudur. Amma onu da deyim ki, qalib gəlməyim bir çoxlarını sevindirsə də uğuruma görə narahat olanlar da oldu. Bu cür halların olmasına artıq alışmışam. Əsası odur ki, mən öz işimdəyəm. Müsabiqədən Azərbaycana qayıdanda isə məni hava limanında məni dostlarım prodüser Tolik, Rövşən İlknuri, prodüserim Aysel və digər dostlarım qarşıladılar. Çox sağ olsunlar. Artıq növbəti festivala hazırlaşıram. Hindistanda festivalda çıxışımdan sonra noyabrın 14-də Türkiyənin Mersin şəhərində keçirilən festivala dəvət aldım. Bir neçə gün düşündükdən sonra razılıq verdim. Düşünürəm ki, Türkiyədən də Azərbaycana uğurlu nəticə ilə qayıdacam”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler