» » Mehriban Xanlarova ailə qurmağından danışdı-

Mehriban Xanlarova ailə qurmağından danışdı- “Yaşca balacadır”

Bölmə: Şou, BLOK XƏBƏR
Mehriban Xanlarova ailə qurmağından danışdı-
Əməkdar artist Mehriban Xanlarova yenidən ailə qurmaq niyyətindədir.


“Xalqinfo”nun məlumatına görə, lent.az-a açıqlama verən M.Xanlarova bildirib ki, onunla evlənmək istəyən bəy yaşca ondan balacadır: “Bir çoxları bilir ki, həyat yoldaşım mənə xəyanət etdiyinə görə ayrılmışam. Bunu heç kimdən gizlətmirəm. İlk evliliyimin uğursuz olmağına baxmayaraq, yenidən ailə qurmaq istəyirəm. Çünki artıq qızım da ailə qurub. Mən də cavanam. Mənim nə yaşım var? Elə insanlar var ki, mənim yaşımda ailə qurub. Mən də istəyirəm ki, ailəm olsun. Bilirəm, bir çoxları deyəcək ki, “Buna bax, utanmır, bu yaşda ailə qurmaq istəyir”. Axı niyə? Mən də insanam. Mən də qadınam axı. Bir tumara, nəvazişə ehtiyacım var.

Hazırda mənimlə ailə qurmaq istəyən şəxs var. Təklifini də edib. Mənimlə ailə qurmaq istəyən bəylərin əksəriyyəti yaşca məndən balaca olub. Bu sevgilərə hörmətlə yanaşmışam. Hazırda elə bir insan var ki, ürəyimi fəth edir. Amma mən hələ ki, tələsmirəm. Yaxınıma buraxmıram. Çünki dəfələrlə zərbələr almışam. Ehtiyat edirəm. İndi təklifə müsbət cavab versəm, o da məni aldatsa, ruhən yıxılaram. Ona görə də hələ ki, gözləyirəm. Alınsa, ailə quracam”.

M.Xanlarova onu da əlavə edib ki, növbəti evliliyində toy çaldırmayacaq: “Yenidən ailə qurmağı qətiləşdirsəm, özüm üçün toy etməyəcəm. Ailə qurmağımı isə heç kimdən gizlətməyəcəm. Efirə çıxıb, deyəcəyəm ki, mən onu sevirəm. Ürəyimi fəth edən bəyin vəzifəli, pullu olması əsas deyil. Çünki mən Mehriban Xanlarovayam. Özümdən başqa heç nəyim yoxdur. Sadəliyi yetər. İnşallah qismət olarsa, 2015-ci ildə ailə quraram”.

Şərh Yaz

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler