» » Qulyabanı Azərbaycan kəndində üzə çıxdı -

Qulyabanı Azərbaycan kəndində üzə çıxdı - Video

Bölmə: Şou
Qulyabanı Azərbaycan kəndində üzə çıxdı - 2018-ci ilin ən uğurlu kino layihələrindən biri olacağı gözlənilən “Qulyabanı” filminin istehsalatı tamamlanıb.

Kult.az xəbər verir ki, filmin 8 fevraldan etibarən kinoteatrlarda nümayiş olunması planlaşdırılır.

Macəra komediyası janrında lentə alınan filmin baş prodüseri Xalıq Əli, quruluşçu rejissoru Pərviz Həsənov, quruluşçu operatoru Orxan Məmmədov, ssenari müəllifi Əlibəy Məmmədli, bəstəkarı Rüstəm Zeynallıdır.

Filmdə hadisələr tez-tez qulyabanı peyda olan kənddə baş verir. Türkiyədən bu qulyabanını lentə almaq üçün gələn türk jurnalistlə onun azərbaycanlı yoldaşları arasında baş verən əhvalat gözlənilməz məcrada inkişaf edir.

Qeyd edək ki, filmdə Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Əminə Kaykun, Gülarə Məmmədova və başqaları rol alıblar.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler