» » “Ərim dedi ki, üzünə baxmağa utanıram” -

“Ərim dedi ki, üzünə baxmağa utanıram” - Sevdadan cavab

Bölmə: Şou
“Ərim dedi ki, üzünə baxmağa utanıram” - “Həm zəng vurub məndən üzr istəyirsən, həm də arxamca yenə söyürsən. Yəqin, "sevgi"nin gücündəndir. Amma sənə nifrət edirəm. Bu və o biri dünyada iki əlim yaxanda olacaq. Rəhmətə gedən anamı söydüyün üçün məndən üzr istəyən insan! Sənin üzrünü qəbul etməmişdim. Sən demə, düz etmişəmmiş”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva şəxsi instaqram hesabında qayınanasının verdiyi müsahibəyə münasibət bildirərkən qeyd edib.

Sevda təhqirlərə məruz qaldığı üçün məhkəməyə müraciət edəcəyini vurğulayıb:

“Böyüklük məndə qalsın. Əgər bir də məni təhqir etsən, hədə gəlsən, ailəm haqqında danışsan, səni məhkəməyə verəcəm. Sabah ilk işim təhlükəsizliyimizi qorumaq üçün bəzi qurumlara müraciət etmək olacaq. Əgər ailəmin başına nəsə gəlsə, verdiyin müsahibələrdə hədə-qorxu dolu sözlərini sübut olaraq təqdim edəcəm”.

“Ərim dedi ki, üzünə baxmağa utanıram” -

Sanəliyeva daha sonra rəy yazan izləyicilərə şərh bölməsində cavab verib:

“Yoldaşımın özü məni məcbur edir ki, daha bəsdir, bu təhqirlərə susma, üzünə baxmağa utanıram. Ağızlarının payını verim ki, görsün kimi söyür. Oğlu anasının sizin bilmədiyiniz küçə söyüşlərinə şahid olur, şoka düşür. Nə nəslimiz, nə də gorumuz qaldı. Oğlu ancaq üzrxahlıq edir”.

Xatırladaq ki, müğənni ikinci dəfə Cəmil adlı bəylə ailə həyatı qurub. Cəmilin anası bir dəfə də mediaya açıqlama verərək oğlunun onlardan icazəsiz Sevda ilə evləndiyini deyib. O bildirib ki, Sevda onun oğlunun ailəsini dağıdıb, iki uşağını atasız qoyub.

“Ərim dedi ki, üzünə baxmağa utanıram” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler