» » Fatimə Azərbaycana qələbə qazandırdı -

Fatimə Azərbaycana qələbə qazandırdı - FOTO

Bölmə: Şou
Fatimə Azərbaycana qələbə qazandırdı - Fatimə Hindistanda məşhur yarışmanın qalibi oldu.

Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva Hindistanda keçirilən məşhur “Udbhav international Dance Carnival” rəqs müsabiqəsinin qalibi olub.Xalqinfo.az bildirir ki, hazırda Hindistanda olan rəqqasə təəssüratlarını milli.az-la bölüşüb:

“Bu mənim Hindistana 3-cü səfərim idi. Bu festivala təklif alanda ilk öncə tərəddüd elədim. Amma daha sonra qatılmağı qərara aldım. Çünki özümə çox inamlı idim. Müsabiqə çərçivəsində 6 gün konsert oldu. Sonuncu gündə qala-konsert keçirildi və sonda müsabiqənin nəticələri açıqlandı.

İndi çox yorğunam. Çünki burada olduğum hər gün səhər ekskursiya, axşam isə müsabiqədə çıxış olurdu. Dincəlməyə vaxtım yox idi. Amma qazandığım nəticə bütün yorğunluqlara qalib gəldi. Qala gecəsində Hindistanın müxtəlif bölgələrindən olan iştirakçılar çıxış etdilər. Onlardan savayı, Rusiya, Qazaxıstan və dünyanın müxtəlif yerlərindən olan iştirakçılar öz məharətlərini göstərdilər. Daha sonra növbə mənə çatdı. Mən də milli “Uzundərə” rəqsimizlə öz məharətimi göstərdim. Sonda nəticələr açıqlandı. Qalib oldum. İki diplom və əsas mükafatı əldə etdim. İkinci yeri Hindistanı təmsilçisi, üçüncü yeri isə Rusiya təmsilçisi qazandı. Qalib olduğumuza görə çox sevincliyəm. Çünki bu tək mənim yox, Azərbaycanımızın uğurudur”.

Fatimə Azərbaycana qələbə qazandırdı - Fatimə Azərbaycana qələbə qazandırdı - Fatimə Azərbaycana qələbə qazandırdı - Fatimə Azərbaycana qələbə qazandırdı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler