» » “Gopa basdım ki, toyum olacaq, əcəb elədim” - Aygün Bəylərdən süni şou

“Gopa basdım ki, toyum olacaq, əcəb elədim” - Aygün Bəylərdən süni şou

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
“Gopa basdım ki, toyum olacaq, əcəb elədim” - Aygün Bəylərdən süni şou
Əməkdar artist Aygün Bəylər ailə quracağı barədə yayılan xəbərlərə münasibət bildirib. Xalqinfo.az xəbər verir ki, o, “Səhər-səhər” verilişinə qonaq olarkən şou üçün belə məlumat yaydığını iddia edib:

“Hamı şoka düşəcək. Ay camaat, Moskvada ayağım tutulmuşdu. Ora da hündürdaban ayaqqabı geyinmək istəmirdim. Dedim ki, məndə alınmır. Başımdakı kişi papağı ilə necə “kablok” geyinim? Gəşəng geyindim. Düşündüm ki, mənə yenə yığacaqlar ki, nə gözəlləşmisən? Dedim bu suallardansa, özüm nəsə deyim. Ayaqqabını geyindim, adını da qoydum ki, ərə gedirəm. Heç yerdə deməmişəm, amma bu xəbər partlayacaq.
Aygün Bəylərdən süni şou
Artıq utanırdım, ağsaqqalar təbrik edir. Deyirəm, fikir verməyin, şou-biznesə bu lazımdır. Layihə edən bir nəfər mənə dedi ki, bu xəbəri yay hamı yazacaq. Birinci bunu reklam elə. Amma layihə etsən, heç kim yazmayacaq. Dedim, inanmıram. Gopa basdım, əcəb etdim. Mənə yalvardılar ki, hələ söhbəti açmayım. Amma buna açıqlama vermək lazım idi”.

Qeyd edək ki, yeniçağ.az saytı A. Bəylərin nazirin qohumuna ərə gedəcəyi barədə xəbər yaymışdı.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler