» » ““Qıjı”lar Kürdəmirə yığışsın” demişdi… -

““Qıjı”lar Kürdəmirə yığışsın” demişdi… - Peşman etdilər

Bölmə: Şou
““Qıjı”lar Kürdəmirə yığışsın” demişdi… - Tanınmış müğənni Nazim Pişiyarinin Kürdəmirlə bağlı verdiyi müsahibə qalmaqala səbəb olub. O, Muz TV-yə danışarkən “Mən “qıjı” mahnıları ifa edən musiqiçilər, müğənnilər üçün Kürdəmirdə məkan yaradardım, deyərdim ki, nə istəyirsiniz, burada edin, çalın, oxuyun, efirə də çıxın. Buradan kənara çıxmayın. Bakı əsl sənətkarlara qalardı” cümlələrindən istifadə edib.

Xalqinfo.az xəbər verir ki, “Faytonçu” ləqəbli sənətçinin fikirləri sosial şəbəkələrdə etirazla qarşılanıb. Kürdəmirli instaqram istifadəçiləri Nazimin açıqlamasını birmənalı qarşılaşmayıb.

Pişiyari tənqid və təhqirlərin qarşısını almaq üçün rəsmi instaqram səhifəsində açıqlama yayıb:

“Son zamanlar bəzi insanlar mənim Kürdəmirlə bağlı açıqlamamdan neqativ söz-söhbətlər çıxarıblar, ayıb olsun. Adi mexaniki səhvi şişirdiblər. Azərbaycnaın hər qarış bir torpağı mənim vətənimdir. Kürdəmir Azərbaycana böyük tövhələr verib, bir çox sənətkarları bizə bəxş edib. İfadələrim kürdəmirlilərdə qıcıq yaradıbsa, üzr istəyirəm”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler