» » Röya-Nigar davasına Anar da qoşuldu - “O, hiylə işlətdi...”

Röya-Nigar davasına Anar da qoşuldu - “O, hiylə işlətdi...”

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Röya-Nigar davasına Anar da qoşuldu - “O, hiylə işlətdi...”Əməkdar artist Röya Ayxanla müğənni Nigar Camal arasında “Altın kelebek” mükafatlandırma gecəsində başlayan qalmaqal səngimək bilmir. Hər iki tərəf baş verənlərdə bir-birini günahlandırır. Gecədə yaşananların tək şahidi olan adı tez-tez hallanan stilist Anar Ağakişiyev isə heç bir münasibət bildirmirdi.

Xalqinfo.az xəbər verir ki, stilist nəhayət, susqunluğunu pozaraq axşam.az-ın suallarını cavablandırıb. O, həmin gün baş verənləri, əslində kimin haqlı, kimin haqsız olduğunu açıqlayıb.

Anar bildirib ki, hər şey Nigarın aqresiv davranışlarından sonra başlayıb:

“Susmaq istəyirdim, istəmirdim məsələ şişsin. Bu hadisəyə aidiyyatı olan da, olmayan da danışdı. Nigarın açıqlamasında bir cümləyə rast gəldim. Deyib ki, “mən Anara demədim Röyaya makiyaj etmə. Anarın makiyajından çox, öz etdiyimi bəyənirəm”. İnsanın haqqına girmək olmaz. Düzdür, mənə kimisə makiyaj edib-etməyəcəyimi Nigar deyə bilməz, bu, onun həddi deyil. Heç kim bunu etməyib, edə də bilməz... Sadəcə, Nigar hərəkətləri ilə bunu göstərdi. Unutmasın, yadına salım ki, yazışmalarımız durur. Hələ Bakıda olanda mən ona yazmışdım ki, Röyanı da makiyaj edəcəm. Həmin gecə başladı ki, mən getmirəm, təşkilatçılara deyəcəm istəmirəm. Çox aqresiv reaksiya verdi”.

Röya-Nigar davasına Anar da qoşuldu - “O, hiylə işlətdi...”

Anar Röyanı makiyaj etməməsinin səbəbini açıqlayıb:

“Hər kəsi maraqlandırır ki, niyə mən Röyaya makiyaj etmədim? Hələ Bakıda olanda Röyanın gecəyə hazırlıqlarının ilk mərhələsini mən etdim. Saçlarını rənglədim, düzümü verdim. Saç ustası da qaynaqlar taxdı. Biz onunla 18 ildir tanışıq. Mükafatlandırma gecəsinə Nigar Camala görə getməmişdim. Mən Bakıda Neslihan Atagülü makiyaj etmişdim. Mən və “Beauty academy”nin işçiləri həmin gecəyə təşkilatçılar tərəfindən dəvət olunmuşduq. Oranın gözəllik baxımından işləri bizə həvalə edilmişdi, müqaviləmiz də var. Buna görə hətta şirkət bizə təşəkkür də etdi.

Nigara dedim ki, saat 2-də makiyaja gəl, səni hazırlayıb, sonra Röyanın evinə gedəcəm. Röyaya da makiyaj edəndən sonra gəlib özüm hazırlaşacam. Nigar mənim yanıma makiyaja saat 5-dən sonra gəldi. 1 saat yarım makiyaj və saç düzümü çəkdi. Sonra özüm hazırlaşmağa başladım. Çünki bizi oteldən xüsusi maşınlar götürüb tədbir olan yerə aparırdı. Orada mən Nigara yardım əlimi uzatmışam, onun vizajisti kimi getməmişəm.

Elə Bakıda olanda əlimdən gələni etdim ki, Nigar həmin ərəfədə gündəmdə qalsın. Gah saçını qaraltdım, gah imicini dəyişdim, sosial şəbəkədə çoxlu paylaşımlar etdim. Dürüst xanım idisə, elə saat 2-də makiyaja gələrdi. Bilir ki, söz vermişəmsə, axıra qədər çatdırıram, tez-bazar makiyaj edib qaçan deyiləm. Amma hiylə işlətdi ki, mən Röyaya çatdıra bilməyim”.

Stilist bildirib ki, Nigar orada həqiqətən də Röyaya salam verməyib və onu görəndə aqresiv münasibət göstərib:

“Nigar heç sonra mənə “çox sağ ol”unu da bildirmədi. Durub buradan deməsin ki, Anarın makiyajını bəyənmirəm. Paxıllıq hissi haradan gəlir başa düşmürəm. Artıq ulduzlar da mənə paxıllıq etməyə başladı. Nigar elədiklərini boynuna alsın. Bizə dedilər ki, qırmızı xalçada üçümüz də dayanıb açıqlama verəcəyik. “Xəzər” kamerasının arxasında dayanan Kənan Bayramov dedi ki, 3 dəqiqə qalıb, müsahibə verin. Mənim üçün nə fərqi var ki... Üçümüz də azərbaycanlıyıq.

Orada hiss etdim ki, Nigar Röyanın yanımızda olmasını istəmir. Mən də hər ikisini qucaqlayıb, mehribanlıq yaratmağa çalışdım, yayılan videoda bu açıq görünür. Müsahibədən sonra Nigar qayıtdı ki, onu kim çağırıb, niyə çağırdın? Bu sözləri rus dilində dedi. Bilmirdi ki, eşitmə qabiliyyəti yaxşı olan Röya bunları eşidəcək? Röya mənə qayıtdı ki, nə deyir? Dedim ki, heç nə. Nigar bilmirdi Allahın salamını verməyəndə axırı belə olacaq?”.

Röya-Nigar davasına Anar da qoşuldu - “O, hiylə işlətdi...”

Ağakişiyev Nigarla Röya arasındakı qalmaqalın “Altın kelebek”dən əvvəl başladığını deyib:

“Nigarın aqresivliyi müsabiqədən əvvəl idi. Onun şəxsi səbəbləri var, bilmirəm nədir. Nigar, sən bilmirdin ki, öz azərbaycanlına “salam” verməyəndə belə olacaq? Dürüst deyərdin ki, müsahibəni tək vermək istəyirəm. Mükafatdan yarım saat sonra mənim səhifəmdə təbriki görüb özü də paylaşım etdi. Amma gec idi, süni görsənirdi. Düzdür, mən kimin kimə əl uzadıb-uzatmadığını görmədim. Mükafat veriləndən yarım saat sonra mahnı oxunacaqdı. Röya xahiş etdi ki, ikinci səhnə çıxışı üçün ona kömək edərəm. Səhnə arxasına keçdim ki, ona kömək edim. Röyanın xətrinə elə dəymişdi ki, otağa girəndə mənimlə mükafat sevincini yox, Nigarı danışdı. Qəlbinə dəymişdi... Deyir, bu dərəcədə paxıllıq olar? Nigar oturub tədbiri sona kimi izləmədi. Əgər belə sevinirdinsə, niyə izləmədin?

Başıma nə gəlirsə, patriotluğumdan, ürəyiaçıqlığımdan gəlir. Bəlkədə deyəcəyimin bu mövzuya aidiyyatı yoxdur. Bir neçə il əvvəl bəzi insanların səhvlərini üzə çıxardım, ermənilərlə işbirliyini açdım. Onda heç kim mənə reaksiya vermədi. İki-üç ildən sonra yenə hamı gördü ki, erməni ilə işləyib və mən doğru demişəm. Hər zaman hamını səsləyirəm ki, heç olmasa xaricə çıxanda bir olaq. Bir çoxları qədirbilməzdir.

İndi də Röya ilə gözəl münasibətdəyik. Sonuna qədər susdum. Düşündüm ki, birlik olmalıdır. Amma nə şou-biznesdə, nə də dəb aləmində birlik yoxdur. Bizə düşmən lazım deyil, bir-birimizi düşmən sayırıq.Nigar, bir az dürüst olmaq lazımdır. Onlar kameraya görə orada bir arada dayanmışdılar. Bütün aqresivlik isə Nigar Camaldan gəlirdi”.

Röya-Nigar davasına Anar da qoşuldu - “O, hiylə işlətdi...”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler