» » Van Damm Türkiyədə idman mərkəzi açır

Van Damm Türkiyədə idman mərkəzi açır

Bölmə: Şou
Van Damm Türkiyədə idman mərkəzi açırDünya ulduzu Jan-Klod Van Damm türkiyəli iş adamları ilə birgə idman və sağlamlıq mərkəzi açacaq.

Xalqinfo.az-ın Kulis.az-a istinadən verdiyi xəbərə görə, mərkəzin Türkiyədə otuz, dünyada yüz filialı olacaq.

İdman və sağlamlıq mərkəzi ilk olaraq Tükiyənin İzmit şəhərində açılacaq. Türk iş adamları ilə birgə biznes qurmaqdan məmnunluq duyduğunu deyən Jan-Klod Van Damm hər zaman belə bir idman mərkəzini arzu etdiyini bildirib.

Türk iş adamları Burçin Şahin ve Taner Barlas zamanla mərkəzdə digər dünya ulduzlarının da idman edəcəkləri qeyd ediblər. İş adamları ilk etapda mərkəzdən 200 milyon gəlir əldə etməyi hədəfə alıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler