» » “3 qardaşı narkomandır, özü də 7 dəfə ərə gedib”-

“3 qardaşı narkomandır, özü də 7 dəfə ərə gedib”- Təranə Qumral

Bölmə: Şou, BLOK XƏBƏR
“3 qardaşı narkomandır, özü də 7 dəfə ərə gedib”-“Mənim söz azadlığımı heç kim əlimdən ala bilməz”.

Xalqinfo.az bildirir ki, bunu aznews.az-a açıqlamasında müğənni Təranə Qumral deyib.

O bildirib ki, azad və demokratik bir ölkədə yaşayan insana heç kəs qadağa qoya bilməz: “Qeyri-normal bir şeydir. Heç kim heç kimin ağzına qıfıl vura bilməz. Mənim bütün jurnalistlərə hörmətim var. Azad insanam, nə sual verilsə, cavab verəcəm”.

T.Qumral onu da deyib ki, həmkarı Nazənin ondan şikayət edib: “Qoy şikayət etsin. Nə olacaq ki? Onsuz da haqq yerini tapacaq. Mən onun kimi məhkəməyə müraciət etməyəcəm. Amma sübutlarım var. Demişəm ki, 7 dəfə ərdə olub. Yenə də təsdiq edirəm ki, mən efirdə dediyimi haqlı olaraq demişəm. Bildirmişəm ki, qardaşları narkomandı. Yenə təkrar edirəm, onun 3 qardaşının üçü də narkomandı”.

Qeyd edək ki, ANS telekanalının efirində noyabrın 2-də canlı yayımlanan "Bazar səhəri Rövşanə ilə" verilişində müğənni Təranə Qumralla həmkarı Nazənin arasında qalmaqal yaşanıb. Bu olaydan sonra Nazənin T.Qumralı ünvanına işlətdiyi ifadələrə görə məhkəməyə verib. Həmçinin məhkəməyə iddia ərizəsi ilə birlikdə iddianın təmin etmə tədbiri barədə ərizə də verilib. Yəni məhkəmə getdiyi dövrlərdə Təranə Qumralın Nazənin xanım barədə televiziya, sayt və digər mətbuat orqanlarında hər hansı açıqlama, rəy və münasibət bildirməsinə məhkəmə tərəfindən qadağa qoyulacaq. Əks təqdirdə Təranə Qumral inzibati və cinayət məsuliyyətinə cəlb olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler