» » Ərinin birinci arvadı Cəmiləni məhkəməyə verdi

Ərinin birinci arvadı Cəmiləni məhkəməyə verdi

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Ərinin birinci arvadı Cəmiləni məhkəməyə verdi
“Sizi heç sosial şəbəkələrdə foto paylaşdığınıza görə məhkəməyə veriblər? Məni hə, məhkəməyə veriblər. Özü də bilirsiz kim? Həyat yoldaşımın keçmiş arvadı! Baxmayaraq ki, qadın həm mənim “facebook”, həm də instaqram səhifəmdə “blok”dadır”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı aktrisa Cəmilə Tağızadə sosial şəbəkədə yazıb.

O, həyat yoldaşı Murad Temizin birinci xanımı tərəfindən məhkəməyə verildiyini bildirib:

“Mən onunla bağlı heç bir paylaşım etməmişəm. Onun mənə yazdıqlarına rəğmən bir dəfə də olsun cavab verməmişəm. Amma məndən şikayəti var. Sən demə, xanımı öz ailə və həyat yoldaşımla paylaşdığım fotolarla narahat etmişəm. Bizim günümüz məhkəmələrdə keçir. Allah mənə səbr versin. Biz də onu məhkəməyə verəcəyik və məsələ uzansa təzminat tələb edəcəyik. Özü də çox böyük məbləğdə. Səbir edirəm, başqa çarə yoxdur”.

Qeyd edək ki, Muradla Cəmilə bu ilin yayında ailə həyatı qurub.

Ərinin birinci arvadı Cəmiləni məhkəməyə verdi
Ərinin birinci arvadı Cəmiləni məhkəməyə verdi
Ərinin birinci arvadı Cəmiləni məhkəməyə verdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler