» » "Evdə oturub, dolma bükərdim"- Aydan Salahova

"Evdə oturub, dolma bükərdim"- Aydan Salahova

Bölmə: Şou, MANŞET
"Evdə oturub, dolma bükərdim"- Aydan SalahovaXalq rəssamı Tahir Salahovun qızı, rəssam Aydan Salahova Rusiyanın “Time to Eat” dərgisinə müsahibə verib.

Xalqinfo.az bildirir ki, axşam.az-ın məlumatına görə, o, şəxsi həyatından, ailə qurmaq istəməməsindən söz açıb.

A.Salahova “Əgər siz Moskvada yox, Bakıda doğulsaydınız, həyatınızda nə dəyişərdi” sualına belə cavab verib:
“Yəqin, beş uşaq anası olardım. Evdə oturub, dolma bükərdim. Bu cür həyat tərzini heç vaxt arzulamamışam. Ailə qurmaq mənlik deyil. Ailəli qadın olmaq obrazına girə bilərəm. Amma ömür boyu bu cür yaşaya bilmərəm. Əgər rəssam olmasaydım, gecə klubu işlədərdim. 14 yaşımdan gecə klublarına gedirəm. Gecə həyatını çox sevirəm”.
50 yaşı olan A.Salahova bunu heç vaxt gizlətmədiyini deyib:
“Qadının yaş gizlətməsini mənasız hesab edirəm. Həm də ki, 50 ən gözəl yaşdır. Bu, təcrübə, dünyagörüş deməkdir. 16-25 yaş arasında olmağı xoşlamıram. 20 yaşımda kompleksli idim. 25-dən sonra özüməinamım yarandı”.
Əsərlərinin qiymətini açıqlayan rəssam “Qrafik əsərlərimi 5 min, rəsm əsərlərini 15 minə, heykəllərimi isə 20 min və daha baha qiymətə satıram. Pullarımı yığmıram, hamısını xərcləyirəm. Bu yaxınlarda oğluma bir mənzil aldım. Qalanlarını da yaradıcılığıma sərf etdim. Londonda sərgim olacaq. İndi ona hazırlaşıram”, - deyə bildirib.
A.Salahova oğlundan da bəhs edib:
“O, məndən də istedadlıdır, filosofdur. Rəssam deyil. Arxitektura ilə məşğuldur. Oğlumla hər şeyi bölüşürük. Onun sevgilisi mənə heç bənzəmir: sakit, mülayim biridir”.

Qeyd edək ki, “Time to Eat” dərgisi azərbaycanlı iş adamı Araz Ağalarovun və oğlu, müğənni-bəstəkar Eminin rəhbərlik etdiyi “Crocus” şirkətlər qrupuna məxsusdur.
"Evdə oturub, dolma bükərdim"- Aydan Salahova"Evdə oturub, dolma bükərdim"- Aydan Salahova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler