» » Röya Ayxan və Nigar Camal qalmaqalı böyüyür

Röya Ayxan və Nigar Camal qalmaqalı böyüyür

Bölmə: Şou
Röya Ayxan və Nigar Camal qalmaqalı böyüyür
Türkiyədə keçirilən "Altın Kelebek" mükaftalandırma mərasimindən sonra aralarında söz-söhbət yaranan məşhur müğənnilər Röya Ayxan ilə Nigar Camalın qalmaqalı davam edir.

Xalqinfo.az xəbər verir ki, Əməkdar artist R.Ayxan “Xəzər maqazin”ə həmkarı barədə açıqlama verib.

“Türkiyəyə getməmişdən əvvəl rejissor Nihat Odabaşı Bakıya gəlmişdi. Nigara zəng vurdum ki, birgə yemək yeyək. Razılaşdı, amma axşam zəng edəndə dedi ki, Londona uçuram. Mənə deməmiş Londona getməyi qəribə gəldi.

Mənimlə Türkiyəyə stilist Elnur Həsənov getməli idi, amma alınmadı. Stilist Anar Ağakişiyevi Nigar özü ilə aparmışdı. Ona dedim ki, vaxtın olsa məni də bəzəyərsən. Nigar icazə vermədi. Anara zəng vurub dedim ki, narahat olma. bilirəm ki, səni Nigar qoymur.

Səhnəyə məni çağıranda ona əlimi uzatdım. Nigar isə arxasını çevirdi. Arxası da ki, hamısında yapışdırılmadı”,-deyə o bildirib.

Röyanın bu açıqlamasından sonra Nigar Camal “Instagram stories” canlı yayım edərək bunları bildirib: “Kaş, mən də Miri Yusif kimi təqdimata getməzdim. Əvvəlcədən ora gedəndə hamı bilirdi ki, qalib Röyadır. Kimin sözü varsa, zəng vurub desin. Çıxıb efirdən bədənimi “süni” adlandırmaq lazım deyil. Özlərində yoxdur deyə, mənimkinə sataşırlar. Bir də ki, mən Anarın anasıyam ki, Röyanı makiyaj etməyə qoymayım?”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler