“Eurovision-2017”-nin qalibinə ürək köçürülübBölmə: Şou
“Eurovision-2017” mahnı müsabiqəsinin qalibi portuqaliyalı Salvador Sobral üzərində donor ürəyin köçürülməsi əməliyyatı keçirilib. Xalqinfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, əməliyyat dekabrın 8-də keçirilib. Əməliyyatın uğurlu keçdiyi bildirilir. Salvador Sobral sentyabrın sonlarında reanimasiyaya yerləşdirilib. Müğənni ürəyindəki problemlərlə əlaqədar bütün konsertlərini ləğv etmişdi. S.Sobral “Amar Pelos Dois” mahnısı ilə Kiyevdə keçirilmiş “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi elan edilmişdi. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|