» » Bir-birlərinə əxlaqsız sözlər dedilər… - İş məhkəməyə getdi

Bir-birlərinə əxlaqsız sözlər dedilər… - İş məhkəməyə getdi

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Bir-birlərinə əxlaqsız sözlər dedilər… - İş məhkəməyə getdi
Keçmiş aparıcı və aktrisa Tunay Əliyeva həmkarı Pərvin Abıyevaya qarşı 100 min manatlıq iddia qaldırır.

“Xalqinfo”nun verdiyi xəbərə görə, bu barədə T.Əliyevanın vəkili Adəm Məmmədov məlumat verib. O bildirib ki, P.Abıyeva keçmiş teleaparıcı T.Əliyeva barəsində mediada həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə məhkəməyə müraciət ediləcək.

T.Əliyeva məhkəmədən tələb edir ki, Pərvin Abıyevanın işlətdiyi sözlər qanunsuz hesab edilsin, onun özü tərəfindən təkzib olunsun və üzr istəsin. Eyni zamanda, P.Abıyevadan 100 min manat tutulmaqla T.Əliyevaya ödənilməsi tələb edilir.

Qeyd edək ki, T. Əliyeva sosial şəbəkədə P. Abıyevanı dəfələrlə tənqid etmiş, onun ünvanına nalayiq ifadələr yazmışdı.Hətta onu “1000 manatlıq fahişə” adlandırmışdı.

Abıyeva isə instaqram səhifəsində Tunaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia etmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler