» » Məşhur filmin təqdimatında Kamrana hörmətsizlik - Yenilənib

Məşhur filmin təqdimatında Kamrana hörmətsizlik - Yenilənib

Bölmə: Şou, MANŞET
Məşhur filmin təqdimatında Kamrana hörmətsizlik - Yenilənib
Xəbər verdiyimiz kimi, dünən Bakıda “Kardeşim benim 2” filminin təqdimatı olub.

"Xalqinfo”nun məlumatına görə, təqdimata filmin baş rol ifaçılarından yalnız Burak Özçivit qatılıb. Onunla birgə kinonun iki xanım ulduzu da Bakıya təşrif buyurub.

Maraqlıdır ki, azərbaycanlı aktyor Kamran Ağabalayev ekran işinə çəkilsə də, təqdimatda iştirak etməyib. Buna səbəb isə aktyorun premyeraya dəvət olunmamasıdır.

Sosial şəbəkələrdə Kamran Ağabalayevə olan hörmətsizlik müzakirələrə səbəb olub və buna görə təşkilatçılar sərt tənqid edilib.

Qeyd edək ki, “Park cinema” təkcə azərbaycanlı aktyoru dəvət etmədiyinə görə deyil, dünənki qalada baş verən özbaşınalıqlara görə də izləyicilərin hədəfinə tuş gəlib.

***

"Park cinema"nın mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, K. Ağabalayev qala gecəsinə dəvət olunub:

“Kim deyir ki, Kamran Ağabalayev qalaya dəvət olunmayıb? Biz onu təqdimata çağırmışıq, dəvətnaməmizi göndərmişik. O, filmin heyəti ilə bir əyləşəcəkdi. Amma Kamran bəy premyeraya gəlmədi”.

Aktyor isə sinemalar şəbəkəsinin yaydığı açıqlamanı təkzib edib. Kamran "Qafqazinfo"ya bildirib ki, ona heç bir dəvət gəlməyib:

"Çağrılmayana yerə niyə gedim? Məni filmin qalasına dəvət etməyiblər. O dəvətnaməni kimə, nə vaxt veriblər? Belə bir şey olmayıb".

Məşhur filmin təqdimatında Kamrana hörmətsizlik - Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler