» » Vüqar Muradov aparıcını söydü - “Belə sual verən adamı yox edərəm”

Vüqar Muradov aparıcını söydü - “Belə sual verən adamı yox edərəm”

Bölmə: Şou, MANŞET
Vüqar Muradov aparıcını söydü - “Belə sual verən adamı yox edərəm”“Space” telekanalında aparıcı Şəbnəm Turanın təqdimatında yayımlanan “Nahara qədər dedi-qodu” verilişinin çəkilişi zamanı insident yaşanıb.

“Xalqinfo” Yenicag.az-a istinadən xəbər verir ki, çəkilişdə qonaq olan müğənni Vüqar Muradovla aparıcı arasında dava düşüb. Buna Ş.Turanın müğənniyə estetik əməliyyatla bağlı verdiyi sual səbəb olub. Sualdan qəzəblənən Vüqar özündən çıxaraq ayağa qalxıb, söyüş söydükdən sonra studiyanı tərk edib.

“Bu saat buraları dağıdaram, mənə belə sual verən adamı yox edərəm” deyən müğənni çəkiliş heyəti tərəfindən güclə sakitləşdirilib və yenidən studiyaya qaytarılıb.

Məsələ ilə bağlı verilişin aparıcısı Şəbnəm Turanla əlaqə saxlanılıb. O, xəbəri təsdiqləyib:

“Bəli, təəssüf ki, verilişin çəkilişi zamanı belə bir xoşagəlməz hadisə yaşandı. Mən aparıcıyam, qonağıma istənilən sualı verməyə ixtiyarım var. Vüqara estetik əməliyyatla bağlı sual verdim. Özündən çıxdı, “vuraram, yıxaram” deyib, studiyanı tərk etdi. Ona yalvaran da olmadı ki, geri qayıt. Özündən çıxdığı kimi də sakitləşərək studiyaya qayıtdı. Əslində, burada qızışmağa da ehtiyac yox idi.

Vaxtilə “Yeni ulduz” layihəsində oxuduğu zaman münsif Ruhəngiz Qasımova da ona demişdi ki, Vüqar, üzündə estetik əməliyyat etdirsən, yaxşı olar. Vüqar özü də dəfələrlə efirlərdə bununla bağlı danışıb. Mən anlaya bilmirəm ki, sualım niyə onu belə özündən çıxartdı? Bu müğənnilər belədir. Vaxtilə özlərini reklam etdirmək üçün kameralardan sallanırdılar, indi göylə gedirlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler