» » Zaur Baxışəliyev:

Zaur Baxışəliyev: "İmkanlı dostlarımdan xahiş edirəm ki..."

Bölmə: Şou
Zaur Baxışəliyev:ATV-nin aparıcısı Zaur Baxşəliyev “Gün üzü” verilişinin qonağı olub.
"Xalqinfo.az" axşam.az-a istinadən bildirir ki, o, aparıcısı olduğu “Öz aramızda” proqramından, insanlara yardım etməsindən danışıb:

“Verilişimizə müraciət edən, köməyə ehtiyacı olan insanlara çox tanınmışlar yardım əli uzadır. Amma adlarının açıqlanmasını istəmirlər. Bəzən isə mən hansısa bir ehtiyacı olan üçün imkanlı dostlarıma zəng vurur, xahiş edir, kömək istəyirəm. Həmin dostlarım heç vaxt adlarını efirdən səsləndirməyimə razı olmayıblar. Hətta xəstəxanalarımız var ki, heç bir maddi qarşılıq güdmədən xəstələrə kömək göstərib.

Bəzi məmurlar var ki, insanlar onlara yanlış təsəvvürlə yanaşırlar. O, məmurlar dəfələrlə bizim verilişə maddi dəstək olublar. Amma adlarının hallanmasını istəməyiblər. Bu işlərdə əməyi keçən tək mən deyiləm. Biz komanda şəklində işləyirik. Xeyriyyə işlərində tək mənim adımın hallanmasını, özümü şişirdilmiş kimi tanıtmağa çalışmağımı insanların düşünməsini istəmirəm. Mən simayam, aparıcıyam, hər şeyi yönəldirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler