» » “O dizin-dizin sürünməlidir... ” - Məleykə Əsədova

“O dizin-dizin sürünməlidir... ” - Məleykə Əsədova

Bölmə: Şou, MANŞET
“O dizin-dizin sürünməlidir... ” - Məleykə Əsədova
"Məleykə xanım deyir ki, Ramiz Məlik dizin-dizin sürünüb, atamın, anamın qəbrinin üstünə gəlib üzr istəməlidir. Çünki o KİV-də açıq-aydın açıqlama verərək deyib ki, sənin ananı da atan fahişəlik üstündə boşayıb".

“Xalqinfo” xəbər verir ki, bunu "Sputnik"ə xalq artisti Məleykə Əsədovanın vəkili Tağı Hüseynov deyib. O bildirib ki, sabah tərəflərin növbəti məhkəmə prosesi keçiriləcək. T.Hüseynovun sözlərinə görə, əgər Ramiz Məlik dizin-dizin sürünüb akrtisadan üzr istəməsə, məhkəmə prosesləri hələ uzun müddət davam edəcək.

Xatırladaq ki, Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaq alması Məleykə Əsədovanın zahiri görkəmi olub. Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.

Məleykə Əsədova Ramiz Məlikdən şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler