» » “Qremmi” mükafatına namizədlərin adları açıqlandı

“Qremmi” mükafatına namizədlərin adları açıqlandı

Bölmə: Şou
“Qremmi” mükafatına namizədlərin adları açıqlandıAmerikalı reper və prodüser Cey-Zi “Qremmi” mükafatına namizəd olanların siyahısında liderdir.

Xalqinfo.az xarici KİV-ə istinadla xəbər verir ki, o, 8 nominasiya üzrə namizəddir.

Cey-Zi hazırda 21 “Qremmi” mükafatının sahibidir.

Reper Kendrik Lamar 7, müğənni Bruno Mars 6 nominasiya üzrə namizəd göstərilib.

Namizədlər arasında amerikalı musqiçi Kris Kornell ilə kanadalı müğənni, bəstəkar Leonard Koen də var. Bundan başqa, Luis Fonsinin “Despacito” mahnısı da mükafata namizəd göstərilənlər siyahısındadır.

Mükafatlandırma mərasimi 2018-ci il, 28 yanvarda baş tutacaq.

Qeyd edək ki, “Qremmi” ABŞ Səsyazma Şirkətləri Assosiasiyası tərəfindən 14 mart 1958-ci ildə təsis olunan və Amerika Səsyazma Akademiyası tərəfindən təqdim edilən musiqi mükafatıdır.

2012-ci ilədək mükafat 108 kateqoriya və 30 fərqli musiqi tərzini əhatə etsə də, həmin il edilmiş dəyişiklikdən sonra 78 kateqoriyada verilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler