» » "Xərçəng"ə yoluxduğu deyilən aparıcı:

"Xərçəng"ə yoluxduğu deyilən aparıcı: "Qoy hamı bilsin ki..."

Bölmə: Şou
"Xərçəng"ə yoluxduğu deyilən aparıcı:Azərbaycan teleməkanının şarmlı aktrisası, aparıcı Zümrüd Qasımova ötən gün ATV – kanalında yayımlanan “Zərif qəhrəmanlar” verilişində 4 il bundan qabaq tutulmaq üzrə olduğu xərçəng xəstəliyindən danışıb.

"Xalqinfo.az"ın məlumatına görə, veriliş bitdikdən sonra bir neçə saytlar çəkilən verilişdən sitatlar gətirərək aktrisanın xərçəng xəstəliyi ilə bağlı məlumat yazıb. Xərçəng xəstəliyinə qalib gələn və hazırda sağlamlığı qaydasında olan aktrisanın Facebook səhifəsində ard-arda təsəlli mesajları davam edir.

Aktrisa açıqlamasında hər kəsə ayrı-ayrılıqda təşəkkürünü bildirirək xəstə olmadığını və hazırda hər kəsdən sağlam olduğunu, xərçəng kimi ağır xəstəliyə qalib gəldiyini bildirdi: “Hər kəsin diqqətinə görə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, mənə belə diqqət göstərirlər. Ancaq mən bu xəstəliyə qalib gəlmişəm, indi sağlamlıq durumumda hər şey normaldır. Xəstə də deyiləm. Dünən çıxan xəbəri oxuduqdan sonra insanların mənə kədərlərini bildirmələri məni narahat etməyə başladı. Qoy hamı bilsin ki, bu hadisə 4 il bundan öncə baş verib, indi hər şey qaydasındadır”.

Z.Qasımova bu hadisədən sonra onu sevənlərinin sayının bu qədər çox olduğundan xəbərsiz olduğunu da qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler