» » Aygün Bəylər ailə quracağı barədə xəbərdən danışdı

Aygün Bəylər ailə quracağı barədə xəbərdən danışdı

Bölmə: Şou
Aygün Bəylər ailə quracağı barədə xəbərdən danışdı
Bu yaxınlarda imicini dəyişən əməkdar artist Aygün Bəylərin 2-ci dəfə ailə qurmağa hazırlaşdığı barədə xəbər yayılıb.

“Xalqinfo” xəbər verir ki, müğənni Lent.az-a açıqlamasında xəbərə bu cür reaksiya verib:

“Bu xəbərə sadəcə gülə bilərəm. Mən ərə getmirəm. Hazırda qızımı böyütməklə məşğulam. Bu cür mövzularda danışmaq düzgün çıxmaz. Ayıbdır. Çox xahiş edirəm ki, barəmdə nəsə yazanda mənim də fikrimi, rəyimi öyrənsinlər. Birtərəfli nəsə yazmasınlar. Hazırda bütün diqqətim yalnız övladımdadır”.

Qeyd edək ki, mətbuatda A.Bəylərin dekabrın 27-də ikinci dəfə ailə quracağı xəbəri dərc olunub. Xəbərdə bildirilib ki, əməkdar artist azərbaycanlı nazirlərdən birinin əmisi oğlu ilə ailə qurur və cütlüyün kəbini də kəsilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler