» » "Kənd sakini məndən şikayət ərizəsi yazıb" -

"Kənd sakini məndən şikayət ərizəsi yazıb" - Elnarə Abdullayeva

Bölmə: Şou
"Kənd sakini məndən şikayət ərizəsi yazıb" -
Əməkdar artist Elnarə Abdullayeva “ARB TV”-nin “Səhər-səhər” verilişinin qonağı olub.

Xalqinfo.az xəbər verir ki, xanəndə kəndə su çəkdirdikdən sonra Mirzəli adlı kişinin onunla bağlı polisə şikayət ərizəsi yazdığını bildirib.

“Bizim kənddə su olmayıb. Şükür Allaha, artıq iki ildir su gəlir. Bizim kənddə bir nəfər var. Tez-tez mənim barəmdə polisə ərizə yazır. Deyir ki, ağacları kəsdirib, ora su çəkdirmişəm. Həmin ərazidə ağac deyil, kol-kos olub. Mən o bulaqdan bir qurtum da su içmirəm. Bunu susuz camaat üçün etdirmişəm.

Bir gün həmin kişini təhqir etdim. Bir də belə hərəkət edərsə, camaat onu kənddən çıxaracaq”, - deyə ifaçı qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler