Aygünün yeni görünüşü tənqid olundu - “Məni ağladan…”Bölmə: Şou
Xalq artisti Aygün Kazımova plastik əməliyyatdan sonrakı fotoları tənqid olunub. 3 dəfə estetik cərahiyyəyə üz tutan müğənni yeni fotosessiyası üçün kamera qarşısına keçib. “Xalqinfo” xəbər verir ki, Aygün yarım milyon izləyicisi olan instaqramda yeni görünüşünü tam əks etdirən paylaşımlar edib. Pop ulduzun fit və cazibədar görünüşü diqqətdən yayınmayıb. Lakin sənətçi yenə də tənqid atəşinə tutulub. Sosial şəbəkə istifadəçiləri onu estetik əməliyyat keçirdiyi üçün qınayıb. Hətta, onlardan bir neçəsi Kazımovanın konsertində ağlaması barədə suallar verib. Xalq artisti “Məni səhnədə ağladan başqa sevgi idi. Sənətə olan sevgim” – deyə onlara cavab verib. Bundan başqa, müğənni tənqidlərdən sonra yazılan rəyləri silməyib və paylaşımlardakı şərh bölməsini deaktiv etməyib. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|