» » Abbas Zamiqlə niyə barışmır?

Abbas Zamiqlə niyə barışmır?

Bölmə: Şou
Abbas Zamiqlə niyə barışmır?
Əməkdar artist Abbas Bağırov və müğənni Zamiq Hüseynov arasında soyuq münasibət hələ də davam edir. “Xalqinfo” xəbər verir ki, Zamiq Abbasa bir neçə dəfə barışıq əli uzatsa da, Bağırov hələ də, həmkarını bağışlamaq istəmir.

İki məşhurun arasında baş verən incikliyə Z.Hüseynov aydınlıq gətirməyə çalışıb. Hüseynov “Xəzər maqazin”ə açıqlamasında münasibətlərin əvvəki kimi olmadığını söyləyib:

“Sevmədiyim adamlarla salamlaşa bilərəm. Salam Allah salamıdır. Amma onunla əvvəlki münasibətimiz yoxdur. Gördəndə daha o hisslərlə salamlaşmırsan. Əvvəl necə idi? Sadəcə olaraq o hisslər yoxdur. Mən kin saxlamıram, düşmənçilik də etmirəm. Arxasıyla bütün işimizi atıb düşəsi deyilik. Onun da, mənim də işimiz, gücümüz var”.

Bu məqamda qeyd edək ki, A. Bağırov bir neçə ay bundan əvvəl mətbuata açıqlamasında Zamiqin ona hörmətsizlik etdiyini demişdi:

“Ad günümə dəvət etdim, mikrofonla Zamiqi çağırdım, gördüm yoxdur. “5 dəqiqəyə gəlirəm” deyə-deyə çıxıb gedib. Yəni, bu cür hörmətsizliyi ilk dəfə deyil ki, ondan görürəm”.

Abbas Zamiqlə niyə barışmır?

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler