» » “Günahkarın tərəfini tutan, bəs bilmədin ki, sənə də o günahkar bəndə xəta yetirəcək"

“Günahkarın tərəfini tutan, bəs bilmədin ki, sənə də o günahkar bəndə xəta yetirəcək"

Bölmə: Şou
“Günahkarın tərəfini tutan, bəs bilmədin ki, sənə də o günahkar bəndə xəta yetirəcək"
“Maşın” şouda Elşad Xose ilə qalmaqal yaşayan Xatun Əliyeva repçinin keçmiş xanımı Oksana Rəsulovaya söz atıb.

Xalqinfo.az xəbər verir ki, o, instaqramda Elşadla yarışmada mübahisəsini əks etdirən video paylaşıb. Xatun Xoseni müdafiə edən Oksanaya ismarıc yollayıb:

“Günahkarın tərəfini tutan, bəs bilmədin ki, sənə də o günahkar bəndə xəta yetirəcək. Bəzən susarsan, Allahım sənin yerinə cəzalarını verər. Yerin, göyün sahibinə həmd olsun. Heç kimin haqqına girməyin. Bilib-bilmədən danışmayın, İlahi ədalət”.

Qeyd edək ki, Oksana eks-əri Elşad Xose ilə Xatun Əliyevanın “Maşın”dakı qalmaqalına münasibət bildirmişdi.O, müğənnini sərt bir şəkildə tənqid etmişdi:

“Bu cümlə: “Mənim sənin qədər işçim var”. Bu nə deməkdir? Mən bir tərəfin mövqeyində deyiləm, amma sən Elşad Xosenin dırnağı qədər ağlın olsaydı, belə deməzdin. Adama deyərlər pulunuz var, lap yaxşı. Lovğalanmaq lazım deyil, belə “duxu”nuz çatırdısa, əlinizi götürüb gedərdiz. Boş-boş danışaraq aranı qızışdırmaq lazım deyil. Yalan və haqsızlıqdan zəhləm gedir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler