» » Şou-biznesdəki ulduzlarımızın xaricdəki mülkləri - Siyahı

Şou-biznesdəki ulduzlarımızın xaricdəki mülkləri - Siyahı

Bölmə: Şou, MANŞET
Şou-biznesdəki ulduzlarımızın xaricdəki mülkləri - Siyahı
Hər zaman bahalı həyat tərzləri ilə gündəmə gələn Azərbaycan şou-biznes ulduzlarının bu dəfə xaricdəki daşınmaz əmlaklarını araşdırdıq.

Xalqinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məşhurlarımız daha çox Türkiyədə ev almağa üstünlük veriblər. Qonşu ölkənin İstanbul şəhərində Brilliant Dadaşova, Röya Ayxan, Nadir Qafarzadə, Zamiq Hüseynov, Ayan Babakişiyevanın mənzili var. Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Şimali Kiprdə, Samir Piriyev isə Bodrumda ev sahibidir.

Şou-biznesdəki ulduzlarımızın xaricdəki mülkləri - Siyahı

Bundan əlavə, Azərbaycanın xalq artisti, aktrisa Leyla Şıxlinskaya, Rəqsanə İsmayilova, Sərxan Kərəmoğlu, Nuri Sərinləndirici kimi tanınmışların Moskvada evləri var. Hər kəsə məlum olduğu kimi, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın Londonda mənzili mövcuddur. Həmçinin, xalq artisti Məleykə Əsədovanın ABŞ-da evinin olduğu deyilir.

Şou-biznesdəki ulduzlarımızın xaricdəki mülkləri - Siyahı

Bundan başqa, Türkiyəyə birdəfəlik köçən və orada yaşayan İradə İbrahimova, Günel Zeynalova, Günay Musayeva kimi azərbaycanlı tanınmışlar öz mənzillərinin sahibidirlər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler