» » Bob Dilanın gitarası 400 min dollara satıldı

Bob Dilanın gitarası 400 min dollara satıldı

Bölmə: Şou
Bob Dilanın gitarası 400 min dollara satıldı
ABŞ şairi və musiqiçisi Bob Dilanın gitarası Dallasda (Texas ştatı) 396,5 min dollara satılıb.

Xalqinfo.az Heritage Auctions hərrac evinin məlumatına istinadən bildirir ki, Dilan Martin markasının akustik D-28 modelindən olan gitarasını 1963-cü ildə alıb.

Əfsanəvi musiqiçi bu alətdə 10 ildən artıq çalıb. 1970-ci illərin sonlarında musiqi alətini özünün gitara ustasına satıb. Dilanın indiyə qədər saxladığı çekin üzərində gitaranın dəyərinin o zaman 500 dollar olduğu qeyd olunub.

Xatırladaq ki, 2016-cı ildə Bob Dilan ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler