» » Emin Ağalarov onun üçün göz yaşlarını saxlaya bilmədi - Video

Emin Ağalarov onun üçün göz yaşlarını saxlaya bilmədi - Video

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Emin Ağalarov onun üçün göz yaşlarını saxlaya bilmədi - Video
Emin Ağalarov Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsertində göz yaşlarını saxlaya bilməyib.

Xalqinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, oktyabrın 21-də böyük musiqiçi Müslüm Maqomayevin 75 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov konsertdə Müslüm Maqomayevin "Синяя вечность" (Mavi əbədiyyət) mahnısını Sergey Volçkov, Aleksandr Panayotov və Tamara Qverdçiteli ilə birlikdə səsləndirib.

Mahnı bitdikdən sonra zalda olan bütün tamaşaçılar ayağa qalxaraq M.Maqomayevin ruhunu alqışlarla yad edib. Emin Ağalarov isə göz yaşlarını saxlaya bilməyib. Müğənni şəxsiyyətinə və yaradıcılığına pərəstiş etdiyi musiqiçi haqqında “Moskva-Bakı” portalına müsahibə verib. O, müsabəsində dahi Müslüm Maqomayev üçün çox darıxdığını etiraf edib:

“O, həmişə mənimlədir: konsertlərimdə, yolda, repertuar və stil seçimimdə. Hərdən həyat yoldaşı Tamara Sinyavskaya ilə mənə elə gəlir ki, o, indi də hansısa formada iştirak edir, məni musiqi xətti ilə aparır”.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler