» » Murad Dadaşova “Maşın”la bağlı - Şok ittiham

Murad Dadaşova “Maşın”la bağlı - Şok ittiham

Bölmə: Şou, MANŞET
Murad Dadaşova “Maşın”la bağlı - Şok ittiham
Ötən gün “Maşın” realiti şousunun növbəti buraxılışı söz-söhbətsiz ötüşməyib. “Xalqinfo” xəbər verir ki, yarışmada səsverməyə çıxan meyxanaçı Samirə Yusifqızı müsabiqə barədə ittiham irəli sürüb.

Reklamarası ifaçı Mehriban Xanlarova, Vüsalə Kərimova, Günel Ələkbərova və Xatun Əliyeva ilə gizli söhbəti zamanı bir iddia ortaya atıb.

Yusifqızı SMS-lərin aparıcı Murad Dadaşov tərəfindən tənzimləndiyini deyib:

“Səsvermənin çevrilişini Murad Dadaşov edir, özü tənzimləyir. İstəmirlər ki, şouda qalım”.

Efirin canlı yayımında xanım meyxanaçının bu qalmaqallı ifadələri müzakirələrə səbəb olub. Layihənin aparıcısı M. Dadaşov ifaçının fikirlərinə öz etirazını bildirib:

“Təbii ki, bu fikirlərinizə görə sizi yarışmadan uzaqlaşdıra bilmərəm, şəxsi fikrinizdir. Ancaq diqqətli olaq, burada böyük insanlar yarışıb, şou 12 ildir ki, davam edir. Yanlışlıq olsaydı proqram bu qədər davam etməz, sevilməzdi”.

Qeyd edək ki, S. Yusifqızı 12,36 faiz qalsına səs yığaraq yarışmasını tərk edib.

Murad Dadaşova “Maşın”la bağlı - Şok ittiham
Murad Dadaşova “Maşın”la bağlı - Şok ittiham

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler