» » “Ona çox öyrəşmişik” - Məmmədxanovun xanımı itindən danışdı

“Ona çox öyrəşmişik” - Məmmədxanovun xanımı itindən danışdı

Bölmə: Şou, MANŞET
“Ona çox öyrəşmişik” - Məmmədxanovun xanımı itindən danışdı
Bakıda “caucau” cinsli it oğurlanıb. "Xalqinfo" Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib.

Paytaxt sakini, 1970-ci il təvəllüdlü İradə Məmmədxanova polisə müraciət edərək bildirib ki, “caucau” cinsli iti bağ evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, iti oğurlanan qadın “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum deputat Anar Məmmədxanovun həyat yoldaşıdır.

Onu da bildirək ki, "caucau" cinsi itlərin qiyməti 2 min manatdan yuxarıdır.

***

Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova itinin oğurlanması barədə yayılan xəbərlərə münasibət bildirib.

O, “Qafqazinfo”ya açıqlamasında itin qiyməti ilə bağlı yazılan məlumatlardan narahat olduğunu söyləyib:

“Mediada xəbərləri oxudum və narazılığım var. Kömək etmək istəyirlər. Amma yazıblar ki, itin qiyməti iki min manatdır. Bu xəbəri hardan götürüblər? Heç mənim xəbərim yoxdur. Bu barədə çox narahatam. Belə yazmaq lazım deyil. Hamı itin qiymətini yaxşı bilir. Yalan yazanlara gülürlər. Qiymət şişirdilib. İti həyətdən oğurlamayıblar. Qapı açıq olub, oradan çıxıb gedib. Görənlərdən maraqlandıq, uşaqlar küçədə iti görüb velosipetdə harasa aparıblar. Sadəcə olaraq demək istəyirəm ki, iti götürənlər qaytarsın. İt 6 aylıqdır, ailə ona çox öyrəşib. Bilirəm ki, tapılacaq”.

“Ona çox öyrəşmişik” - Məmmədxanovun xanımı itindən danışdı
“Ona çox öyrəşmişik” - Məmmədxanovun xanımı itindən danışdı


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler