» » Aygün “Altın Kelebek”dən niyə imtina etdi?

Aygün “Altın Kelebek”dən niyə imtina etdi?

Bölmə: Şou
Aygün “Altın Kelebek”dən niyə imtina etdi?
Aygün Kazımova “Altın Kelebek Ödülleri -2017”də iştirakdən imtina edib. “Xalqinfo” xəbər verir ki, bu barədə xalq artistinin prodüseri Şahin Qurbanov məlumat yayıb.

Onun sözlərinə görə, mükafatlandırma mərasimindən imtinanın səbəbi sıx iş qrafikidir:

“Aygün Kazımovanın bu il təşkil olunacaq “Altın Kelebek” mükafatlandırma mərasimində iştirak etməyə vaxtı yoxdur. Bizim qrafikimiz ilin əvvəlindən müəyyənləşib. Bilirsiniz ki, səkkiz ay “Crystal Hall2 konsertinə hazırlıq gedib. Və sentyabr ayında möhtəşəm konsert baş tutdu. Noyabr ayında isə “Daf Bama” mükafatı üçün hazırlıq gedir. Bu mükafatlandırma mərasimində də Aygün xanım Azərbaycanı təmsil edəcək.

Aygün xanımın demək olar ki, istirahətə vaxtı yoxdur. "Altın Kelebek" mükafatlandırması isə dekabr ayında olacaq. Həmin tarixə dəimzalanmış müqavilələrimiz, eyni zamanda Həmrəylik Günü və Yeni İl ilə əlaqədar bir sıra çıxışlarımız var. Bu səbəbdən təklifi geri çevirməli olduq. Əlbəttə ki, çox istərdik bu mükafatlandırma mərasimində istirak edək. Azərbaycanı hansı sənətçimiz təmsil edəcəksə, ona uğur arzu edirik"

Qeyd edək ki, sözügedən mükafat gecəsində əməkdar artist Röya Ayxan da namizəd göstərilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler