» » Xatirə də Qaradağlının əməllərini ifşa etdi - “Pulsuz görülən işlərin axırı belə olur”

Xatirə də Qaradağlının əməllərini ifşa etdi - “Pulsuz görülən işlərin axırı belə olur”

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Xatirə də Qaradağlının əməllərini ifşa etdi - “Pulsuz görülən işlərin axırı belə olur”
Xəbər verdiyimiz kimi, ötən gün ATV telekanalının rəhbərliyindən kənarlaşdırılan Vüqar Qaradağlı ilə bağlı tanınmış müğənnilər ittihamlar səsləndirərək ATV-nin vitse-prezidenti, eyni zamanda V. Qaradağlının qaynı Rauf Dadaşovun istəyi ilə şou-proqramlarda, toylarda, dövlət tədbirlərində ödənişsiz çıxış etdiklərini bildiriblər.

“Xalqinfo” xəbər verir ki, müğənni Xatirə İslam da bu vəziyyətlə rastlaşan sənətçilərdən biridir.

Müğənni bu gün İnstaqram səhifəsində V. Qaradağlının kanal rəhbəri olduğu zamanlarda ona qarşı edilən haqsızlıqlardan danışıb.

“Əslində bu bərədə heç danışmaq fikrim yox idi, çünki mənim üçün o qədər də əhəmiyyətli məsələ deyil. Sadəcə görürəm ki, hər kəs münasibət bildirir. İstədim siz də mənə qarşı atılan addımdan xəbərdar olasınız. Hər kəsə ayrılıqda hörmətim var, ama məni narahat bəzi suallarım var. İstəyirəm onları da bildirim. Özümün belə xəbərim olmadan ATV kanalında “qara siyahı”ya salınmışam. Görəsən, bu, mənim ATV-nin bütün bölgələrdəki konsertlərində, dövlət tədbirlərində, toylarında təmənnasız iştirakıma görə qoyulub?

Əslində düz edirlər... Hörmət xatirinə pulsuz görülən işlərin axırı belə olur. Yəqin bəzi müğənnilər kimi mən də qonorar istəsəydim bu halla rastlaşmazdım! 18 illik səhnə fəaliyyətimdə dəvət olunduğum hər yerdə canla- başla iştirak etmişəm! Rəhmətlik İslam Rzayevə müəllim yox, həmişə Baba gözüylə baxmışam. Nə etmişəmsə, min kərə halal xoşu olsun. Dəfnində iştirak edən 150 kişi arasında Xatirə İslam tək qadın olaraq ustadını torpağa tapşırdı! Bunu hər kəs bilir ki, mən həmişə əlimdən gələni etmişəm ki, ustadımın adını yaşadım, dəfələrlə İslam müəllimin yaradıcılıq gecəsini keçirtmişəm, İslam Rzayevə həsr olunmuş bir neçə kitabları dərc etdirmişəm. İndi təsəvvür edin ki, ustadımla bağlı veriliş hazırlanır və mən ora dəvət olunmuram!

Kanalın siyasətinə qarışmıram. Ola bilər ki, hansısa müğənni “qara siyahı”ya düşəcək bir addım atıb və onu kanala dəvət etmirlər. Bəs 18 ildir istər estrada, istər xalq musiqisi sahəsində çalışan məni hansı əsasla məlumat vermədən, mövqeyimi öyrənmədən qara siyahıya salmışdılar? 106.3 radiosunda vəziyyət isə lap acınacaqlı idi. Orada ancaq 4-5 müğənninin mahnıları səslənirdi və düzünü desək, mahnı səslənməmiş müğənninin adını da deyirdilər, çünki bilirdilər ki, həmin adamı tanıyan yoxdur və eyni tərz müğənnilər olduğundan ifaçının kim olduğu bilinmirdi. Mənim isə mahnım gündə bir dəfə verilərdi, ya yox! Hər bir halda çalışaq həmişə obyektiv olaq, heç kimin haqqına girməyək! Mənə lazım olsa, sevənlərimə burdan da sözümü deyib mahnımı canlı oxuyaram”, - deyə Xatirə İslam qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler