» » Manaf oğluna Məhərrəmliyin ilk günü toy edir

Manaf oğluna Məhərrəmliyin ilk günü toy edir

Bölmə: Şou
Manaf oğluna Məhərrəmliyin ilk günü toy edir
Müğənni Manaf Ağayev bu gün oğluna toy çaldırır. “Xalqinfo” Primetime.az-a istinadən xəbər verir ki, “Niel” şadlıq sarayında baş tutacaq məclis yalnız kişilər üçün nəzərdə tutulub.

Məhərrəm ayının ilk günü övladına toy edən ifaçı məsələyə belə aydınlıq gətirib:

“Məhərrəm ayı sabah başlayır. Biz saat 2-də başlayıb axşam 6-7 yə məclisi bitirəcəyik. Məhərrəmlik axşam girir”.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlanılıb. İdarədən məhərrəm ayının artıq başladığı və bunun saatla tənzimlənmədiyi deyilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler