» » Natavandan Aygünə zərbə - Fanatlar da məsələyə qarışdı

Natavandan Aygünə zərbə - Fanatlar da məsələyə qarışdı

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Natavandan Aygünə zərbə - Fanatlar da məsələyə qarışdı
Tanınmış müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovaya söz atıb. Xalqinfo.az xəbər verir ki, Həbibi bu gün “Crystal Hall” səhnəsində çıxış edəcək Kazımovaya ismarış yollayıb. Natavan Aygünün onu təkrarladığını bildirib:

“Və budur, düz 6 gündən sonra möhtəşəm “Crystal Hall” səhnəsindəki konsertimizin baş tutmasının 3 ili olacaq. Belə səhnələrin yalnız xaricdə deyil, Azərbaycanda da olması incəsənətimizə verilən dəyərin göstəricisidir. 2014-cü ilin yaradıcılığımda “Konsert ili” elan etmişdim. İstədim bir az keçmişə qayıdaq, nə də olsa tarix təkrarlanır”.

Müğənninin bu paylaşımından sonra hər iki ulduzun fanatları arasında mübahisə başlayıb. Natavan müzakirələrin qarşısını almaq üçün instaqramda şərh bölməsini deaktiv edib.

Natavan daha sonra ikinci paylaşım edərək hər kəsə uğur diləyib:

“Öncəki statusum bu qədər marağa, söz-söhbətə səbəb olacağını bilsəydim çoxdan paylaşardım. Bu mənim yaradıcılığımdakı işlərimdən biridir, onu istənilən vaxt yayımlamağa haqqım var. 3, 5 və ya 10 il sonra…Və zaman anlayışı kimdəsə narahatçılıq yaradırsa, o da şəxsi işləridir. Hər kəsin yaradıcılığında müvəffəqiyyətlər.

Allah heç kəsin əziyyətini yerdə qoymasın. Narahatlığa nə səbəb, nə də ki, yer yoxdur. Kiminsə əziyyətini kiçiltməyək. Bu işin nə qədər çətin, əziyyətli və bahalı olduğunu bizdən başqa kimsə bilə bilməz”.

Natavandan Aygünə zərbə - Fanatlar da məsələyə qarışdı
Natavandan Aygünə zərbə - Fanatlar da məsələyə qarışdı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler