» » Mətanətin dekolteli geyimi tənqid olundu -

Mətanətin dekolteli geyimi tənqid olundu - Fotolar

Bölmə: Şou
Mətanətin dekolteli geyimi tənqid olundu -
Uzunmüddətdir ki, efirlərdən uzaq gəzən Mətanət Əsədova həmkarı Mətanət İsgəndərlinin qızı Ülkərin toy mərasiminə qatılıb.

“Xalqinfo” xəbər verir ki, gənc müğənni Orxan Babasoy Əsədova ilə birgə fotosunu instaqramda paylaşıb. Müğənni məclisə uzun ağ və dekolteli bir libas geyinib.

Daima qalmaqallarla gündəmə gələn Mətanətin geyimi ötən gün sosial şəbəkələrdə daha çox müzakirə olunub.

Sosial şəbəkə istifadəçiləri həmin fotonu birmənalı qarşılamayıb və müğənni sərt bir şəkildə tənqid ediblər. Babasoy yazılanların qarşısını almaq üçün instaqramda şərh bölməsini deaktiv edib.

Qeyd edək ki, M. Əsədova ötən gün nişanı qaytardığını, evlənməyəcəyini bildirmişdi:

"Toy məsələsini bağladıq. Mənə ailə önəmlidir. Eyni zamanda da pul önəmlidir. Pulsuz gəlsin qabağımda otursun? Elə olar? Deyim, pulsuz biri yanımda otursun? Bu gülüncdür. Pulum yoxdur deyə, klip çəkdirə, konsert verə bilmirəm. Ac-yalavac birini neynirəm? Ona görə sənət atacam?".

Mətanətin dekolteli geyimi tənqid olundu -
Mətanətin dekolteli geyimi tənqid olundu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler