» » Tanınmış aktyorun ailəsi qarət edildi - “Evdəki bütün pul və qızılları oğurlayıblar”

Tanınmış aktyorun ailəsi qarət edildi - “Evdəki bütün pul və qızılları oğurlayıblar”

Bölmə: Şou, MANŞET
Tanınmış aktyorun ailəsi qarət edildi - “Evdəki bütün pul və qızılları oğurlayıblar”
Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovun qardaşının evindən oğurluq olub.

“Xalqinfo” xəbər verir ki, bu barədə aktyor Feysbuk hesabında yazıb.

“Bu gün qardaşım oğlunun qız toyu idi. Gəlib gördük ki, pəncərəni sındıraraq evə girib bütün pul və qızılları oğurlayıblar. Sentyabrın 18-də keçiriləcək toy üçün bütün aldıqlarımız oğurlanıb”, - deyə E. Kərimov qeyd edib.

O, ailəyə dəyən ziyanın miqdarını açıqlamayıb

***

Elnur Kərimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 40/42/60, ev 4, mənzil 92-də baş verib:

“Sentyabrın 8-də ailəvi olaraq qardaşım oğlunun evlənəcəyi xanımın qız toyunda iştirak etdik. Evə gələndə oğurluq olduğunun şahidi olduq. Sentyabrın 18-i oğlan toyu olacaqdı, ona hazırlaşırdıq. Evdən toy üçün nəzərdə tutulan 2 min AZN pul və 5 min AZN dəyərində qızıl oğurlanıb”.

Hazırda hadisə yerində Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları müayinələr edir.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler