» » ATV yeni verilişini təqdim etdi

ATV yeni verilişini təqdim etdi

Bölmə: Şou
ATV yeni verilişini təqdim etdi
“Azad Azərbaycan” televiziyasında yayımlanacaq “Məlahətli söhbətlər” verilişi ilə bağlı mətbuat konfransı keçirilib.

Xalqinfo.az xəbər verir ki, media nümayəndələri ilə görüşdə verilişin aparıcısı – Türkiyədə yaşayan tanınmış azərbaycanlı aktrisa Məlahət Abbasova, ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov və Türkiyəli müğənni Petek Dinçöz iştirak edib.

Türkiyəli və azərbaycanlı məşhurların iştirak etdiyi veriliş hazırlamağın çoxdankı arzusu olduğunu qeyd edən Məlahət Abbasova bu təşəbbüsün gerçəkləşməsində Mədəniyyət və Turizm Nazirliyinin xüsusi rolu olduğunu vurğulayıb.

Turan İbrahimov verilişdə Məlahət Abbasovanın Türkiyə və Azərbaycan türkcəsi ilə danışacağını qeyd edib. O, bunun səbəbinin layihənin “Bir millət, iki dövlət” devizi ilə təqdim olunması ilə əlaqələndirib.

Müğənni Petek Dinçöz isə Bakını çox sevdiyini, təşkilatçılardan təklif gələrsə, konsert verəcəyini də bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler